az en
Milli Komandalar / Azərbaycan milli komandası (Qadınlar)
Oyunçular Məşqçilər Seçmə mərhələlər

Süsən Mənsimzadə

Süsən Mənsimzadə 9 sentyabr 1997-ci ildə anadan olmuşdur.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunudur.
2010–2014-cü illərdə 17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasında çıxış etmişdir. Həmin komanda FIFA U-17 Qadınlararası Dünya Çempionatının final mərhələsində iştirak etmişdir.
2015–2017-ci illərdə 19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasında çıxış etmişdir. Bu komanda ilə Avropa Çempionatının seçmə mərhələsindən Elit raunda vəsiqə qazanmışdır.
2018–2021-ci illərdə “Keşlə” FK-nın qızlardan ibarət komandasında baş məşqçi kimi fəaliyyət göstərmişdir.
2021–2022-ci illərdə 17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasında məşqçi kimi çalışmışdır.
UEFA “A” məşqçi lisenziyasına və UEFA Fitness “B” lisenziyasına malikdir.
2022-ci ildən etibarən qadınlardan ibarət Azərbaycan A milli komandasının köməkçi məşqçisi kimi fəaliyyət göstərir.
 
Baş Sponsor