az en
Milli Komandalar / Azərbaycan U-18
Oyunçular Məşqçilər Oyunlar

Nadir Şükürov

Şükürov  Nadir Yadulla oğlu 1967-ci il  fevral  ayının 28-də   İmişli şəhərində  anadan  olmuşdur. 
1984-1986-cı illərdə  İmişlinin Energetik komandasında, 1989-1996-cı illərdə  Gəncənin Kəpəz komandasında, 1997-2000-ci  illərdə Bakının Dinamo komandasında, 2000-ci ildə Türkiyyənin Ərzurumspor komandasında, 2000-2002-ci illərdə  Milli komandada, 2002-2004-cü illərdə  İranın Miss Kerman komandasında qapıçı olmuşdur. Azərbaycan  klublarından Qarabağ, MKT-Araz, Qəbələ komandalarının şərəfini qorumuşdur.
Məşqiçilik  fəaliyyətinə 2007-ci  ildən Yevlaxın Karvan  klubunda başlamış ,  sonra  Gəncənin Kəpəz komandasında davam  etmişdir. 2012-ci ildən  U-19 Milli Yığma komandasında , hal-hazırda isə U-18 Milli Yığma komandasında qapıçı-məşqçi  funksiyasını daşıyır.
"A" kateqoriyalı məşqçi lisenziyasına malikdir.
 
Baş Sponsor