az en
News / Futzal üzrə Yüksək və Birinci Liqalarda ilk turun oyunları keçirilib

Futzal üzrə Yüksək və Birinci Liqalarda ilk turun oyunları keçirilib

Futzal Dərc olundu: 23.11.2026 Çap
Futzal üzrə Yüksək və Birinci Liqalarda 2026/2027-ci illər mövsümünə start verilib. Noyabrın 21-də Yüksək Liqada, noyabrın 22-də isə Birinci Liqada ilk turun oyunları keçirilib. “Olimpik Star” idman kompleksində təşkil olunan 10 qarşılaşmada ümumilikdə 133 qol vurulub.
Futzal üzrə Yüksək və Birinci Liqalarda ilk turun oyunları keçirilib
Yüksək Liqanın ilk turunda “Şuşa MFC” “Marafon İK”nı 5:2 hesabı ilə məğlub edib. Turun ən böyükhesablı qələbəsini “Neftçi İK” qazanıb. Komanda “Rəvan FK” üzərində 12:1 hesablı qələbə əldə edib.
Birinci Liqada isə turun ən məhsuldar oyunu “Bakı MFK” ilə “İçəri şəhər Bakı” arasında keçirilib. Bu görüşdə “Bakı MFK” rəqibini 28:0 hesabı ilə məğlub edib.
 
Yüksək Liqa | I tur | 21 noyabr
 
“Marafon İK” – “Şuşa MFC” 2:5
“İmişli FK” – “Xankəndi MFK” 3:11
“Baku Fire” – “AtiDel Ordubad PFK” 7:3
“Yasamal Bakı” – “Araz-Naxçıvan” 1:4
“Rəvan FK” – “Neftçi İK” 1:12
 
Birinci Liqa | I tur | 22 noyabr
 
“Ulduz Bakı” – “Baku Fire-1” 2:9
“MC Finans” – “Metropoliten Bakı” 10:3
“Star Kargo” – “Neftçala PFK” 10:6
“Bakı MFK” – “İçəri şəhər Bakı” 28:0
“Xəzər FK” – “Xan Lənkəran MFK” 0:16
Baş Sponsor