az en
News / “Xırdalan 0.0” AFFA ilə əməkdaşlığını genişləndirir: Azərbaycan futzal millisinin sponsoru olur

“Xırdalan 0.0” AFFA ilə əməkdaşlığını genişləndirir: Azərbaycan futzal millisinin sponsoru olur

Futzal Dərc olundu: 19.11.2026 Çap
 “Xırdalan 0.0” brendi futzal üzrə Azərbaycan milli komandasının alkoqolsuz sponsoru olacaq. Yeni tərəfdaşlıq noyabrın 19-da keçirilən futzal üzrə 2026/2027-ci illər mövsümünün təqdimat mərasimində elan edilib.
“Xırdalan 0.0” AFFA ilə əməkdaşlığını genişləndirir: Azərbaycan futzal millisinin sponsoru olur
Tədbirdə sponsorluq müqaviləsi AFFA-nın baş katibi Cahangir Fərəcullayev və “Carlsberg Azerbaijan” şirkətinin baş direktoru Krasimir Lazarov tərəfindən təqdim olunub. Mərasim çərçivəsində futzalın yeni loqosu da təqdim edilib, Yüksək və Birinci liqaların püşkü atılıb. 
Yeni sponsorluq “Carlsberg Azerbaijan” ilə AFFA arasında 2024-cü ildə əsası qoyulmuş əməkdaşlığın davamıdır. Dördillik müqavilə ilə “Xırdalan 0.0” milli futbol komandasının sponsorlarından biri olub. Əməkdaşlıq milli komandanın oyunlarına dəstəklə yanaşı, azarkeş marağının artırılması və Azərbaycan futbolunun inkişafına töhfə verən sosial təşəbbüsləri də əhatə edir. 
Tərəfdaşlığın futzal üzrə milli komandanı da əhatə etməsi iki qurum arasında əməkdaşlığın yeni mərhələsini təşkil edir və “Xırdalan 0.0” brendinin Azərbaycan idmanına dəstəyini genişləndirir.
Baş Sponsor