Azərbaycanın futzal üzrə milli komandası 2028-ci il dünya çempionatının əsas seçmə mərhələsinin 12-ci qrupunda növbəti oyununu keçirib.
Bakı İdman Sarayında Latviya yığması ilə qarşılaşan millimiz 1:5 hesabı ilə məğlub olub. Komandamızın heyətində Nihad İsmayılov fərqlənib.
Görüşü Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov da tribunadan izləyib.
Bu nəticədən sonra Azərbaycan millisi 1 xalla qrupda üçüncü pillədə qərarlaşıb. Çexiya 5 xalla birinci, Latviya isə 4 xalla ikinci yerdədir.
Qeyd edək ki, millimiz növbəti oyununu 2027-ci il fevralın 27-də səfərdə Latviya yığmasına qarşı keçirəcək.