az en
News / Futzal üzrə “Payız Turniri”nə yekun vurulub

Futzal üzrə “Payız Turniri”nə yekun vurulub

Futzal Dərc olundu: 07.11.2026 Çap
AFFA-nın dəstəyi və Əlillər Futbol Federasiyasının təşkilatçılığı ilə eşitmə məhdudiyyətli şagirdlər arasında keçirilən futzal üzrə “Payız Turniri” başa çatıb.
Futzal üzrə “Payız Turniri”nə yekun vurulub
Noyabrın 4, 5 və 7-də Bakı şəhərindəki “Olimpik Star” İdman Mərkəzində təşkil olunan turnirdə altı komanda mübarizə aparıb. Yarışın əsas məqsədi eşitmə məhdudiyyətli şagirdlərin futbola və futzala marağını artırmaq, sağlam həyat tərzini təşviq etmək və onların sosial inteqrasiyasına idman vasitəsilə dəstək olmaq olub.
 
Dairəvi sistem üzrə keçirilən turnirdə bütün oyunlarını qələbə ilə başa vuran “Ümid” komandası birinci yeri tutub. “Azəri” ikinci, “Bakı” isə üçüncü pillədə qərarlaşıb.
 
Turnirdə aşağıdakı nəticələr qeydə alınıb:
 
4 noyabr
 
“Bakı” – “Azəri” — 0:5
“Ümid” – “Zəfər” — 6:0
“Zirvə” – “Şimşək” — 1:0
“Azəri” – “Ümid” — 2:9
“Zəfər” – “Bakı” — 1:7

5 noyabr
 
“Zirvə” – “Bakı” — 3:6
“Şimşək” – “Azəri” — 1:11
“Ümid” – “Zirvə” — 8:0
“Bakı” – “Şimşək” — 10:1
“Azəri” – “Zəfər” — 7:0

7 noyabr
 
“Zəfər” – “Zirvə” — 1:1
“Ümid” – “Bakı” — 8:1
“Şimşək” – “Zəfər” — 0:0
“Azəri” – “Zirvə” — 11:2
“Şimşək” – “Ümid” — 0:6
 
Turnirin fərdi nominasiyalar üzrə qalibləri də müəyyənləşib. Nizami Mehdiyev (“Azəri”) ən yaxşı qapıçı, Nurəli Həsənov (“Ümid”) ən yaxşı oyunçu, Ayxan Tanrıverdili (“Ümid”) isə ən məhsuldar oyunçu seçilib.
Baş Sponsor