az en
News / Futzal millimiz Çexiya ilə heç-heçə edib

Futzal millimiz Çexiya ilə heç-heçə edib

Futzal Dərc olundu: 05.11.2026 Çap
Azərbaycanın futzal üzrə milli komandası 2028-ci il dünya çempionatının əsas seçmə mərhələsinin 12-ci qrupunda növbəti oyununu keçirib.
Futzal millimiz Çexiya ilə heç-heçə edib
Lənkəran Olimpiya İdman Kompleksində Çexiya yığması ilə qarşılaşan millimiz görüşü 2:2 hesablı heç-heçə ilə başa vurub. Komandamızın qollarını Kənan Manafov və Ülvi Əliyev vurublar.
Qrupda 5 xalı olan Çexiya birinci pillədə qərarlaşıb. Latviya və Azərbaycan isə hərəyə 1 xalla ikinci və üçüncü yerləri bölüşürlər.
Millimiz növbəti görüşünü noyabrın 8-də Latviya yığmasına qarşı keçirəcək. Bakı İdman Sarayında təşkil olunacaq oyun saat 20:00-da başlayacaq.
Baş Sponsor