Təmsilçimiz “Araz-Naxçıvan” UEFA Futzal Çempionlar Liqasında ilk oyununu keçirib. Komandamız birinci turda Macarıstanın “Uypeşt” klubu ilə qarşılaşıb.
Məhsuldar keçən görüşün ilk hissəsi “Araz-Naxçıvan”ın 3:2 hesablı üstünlüyü ilə başa çatıb. İkinci hissədə də üstünlüyünü qoruyan təmsilçimiz rəqibini 5:4 hesabı ilə məğlub edərək turnirə qələbə ilə başlayıb.
Komandamızın heyətində Oktay Rüstəmli het-trikə imza atıb. Digər qolları isə Kənan Manafov və Fərid Ələkbərov vurublar.
Qeyd edək ki, “Araz-Naxçıvan” turnirdə Polşanın “Piast”, Bosniya və Herseqovinanın “Buba Mara” və Macarıstanın “Uypeşt” komandalarının yer aldığı qrupda mübarizə aparır. Təmsilçimiz növbəti oyununu “Buba Mara” klubuna qarşı keçirəcək.
Bu nəticə ilə “Araz-Naxçıvan” ilk turu 3 xalla başa vurub.