az en
News / Elvin Quliyev: “İnkişaf yolunda gənclərə güvənirik”

Elvin Quliyev: “İnkişaf yolunda gənclərə güvənirik”

Futzal Dərc olundu: 05.11.2026 Çap
Azərbaycan futzal millisinin baş məşqçi vəzifəsini müvəqqəti icra edən Elvin Quliyev Çexiya ilə oyundan sonra keçirilən mətbuat konfransında qarşılaşmanı dəyərləndirib.
Elvin Quliyev: “İnkişaf yolunda gənclərə güvənirik”
“Bizi dəstəkləmək üçün Lənkərana gəldiyinizə görə çox sağ olun. Oyunun əvvəlində, ilk hissədə hər şey plan üzrə gedirdi. İkinci hissədə isə texniki səhvlər buraxmağa başladıq və rəqib bunu bizə bağışlamadı. Sonda risk etməli olduq və hesabı bərabərləşdirdik.
Biz gənclərə yer verib inkişaf etmək istəyirik. Gənclər belə oyunlarda təcrübə qazanaraq oynamağı öyrənməlidirlər”.
 
Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu noyabrın 8-də Latviya yığmasına qarşı keçirəcək. Bakı İdman Sarayında təşkil olunacaq qarşılaşma saat 20:00-da başlayacaq.
Baş Sponsor