az en
News / 1/4 final oyununa həsr olunmuş açıq hava teatrı keçirilib (fotoreportaj)

1/4 final oyununa həsr olunmuş açıq hava teatrı keçirilib (fotoreportaj)

Avro-2020 Dərc olundu: 02.07.2021 Çap
Avro-2020 həyəcanı möhtəşəm açıq hava teatrı ilə davam edir!
 
1/4 final oyununa həsr olunmuş açıq hava teatrı keçirilib (fotoreportaj)
İyulun 1-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qarşısında təşkil olunmuş teatr şəhər sakinlərinin böyük marağına səbəb olub.
Tamaşanın nümayişi Avro-2020 həyəcanını fərqli aspektdən göstərib və hər kəsdə unudulmaz, xoş təəssürat yaradıb.
Tamaşada danimarkalı yazıçı, “böyük nağılbaz” Hans Xristian Andersenin, xüsusilə, azyaşlı oxucular tərəfindən çox sevilən “Düyməcik” və “Qar kraliçası” əsərlərindən hissələr nümayiş olunub. Personajları səhnədə Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının tanınmış aktyorları canlandırıb. Tamaşa zamanı xüsusi led ekranlarda Azərbaycan dilində titrlərdən istifadə olunub.
Tədbirin ən unudulmaz anlarından biri də dahi şairimiz və mütəffəkir Nizami Gəncəvinin lirik şeirlərinin səsləndirilməsi olub. Bu il N.Gəncəvinin anadan olmasının 880 illiyi  ilə əlaqədar, Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Tədbirin simvolik olaraq dahi mütəffəkirin adını daşıyan Muzeyin qarşısında təşkili də məhz bununla bağlıdır.
Bundan əlavə, tamaşalararası fasilədə azyaşlı izləyicilərlə interaktiv sorğu-sual keçirilib və maraqlı müsabiqə təşkil olunub. Müsabiqədə məhz Azərbaycan ədəbiyyatı ilə bağlı suallar verilib. Sualları doğru cavablayan ədəbiyyat bilicilərinə iyulun 3-də Bakıda keçiriləcək 1/4 final mərhələsi oyununa biletlər hədiyyə olunub.
Tamaşa bu gün də nümayiş olunacaq. Tədbir saat 21:00-da başlayacaq.
Tamaşaya giriş ödənişsiz olacaq.
 
Baş Sponsor 
Partnyorlar