az en
News / Yüksək Qızlar Liqasının qalibləri mükafatlandırıldı (fotolar)

Yüksək Qızlar Liqasının qalibləri mükafatlandırıldı (fotolar)

Yüksək Liqa (Qızlar) Dərc olundu: 29.05.2026 Çap
AFFA Yüksək Qızlar Liqasında 2025/2026-cı illər mövsümünün qalibləri mükafatlandırılıb.
Yüksək Qızlar Liqasının qalibləri mükafatlandırıldı (fotolar)
Neftçi Futbol Mərkəzində təşkil edilən tədbirdən əvvəl sonuncu turun oyunu baş tutub. 22-ci turun son qarşılaşmasında “Neftçi” “Qəbələ” üzərində 6:0 hesablı qələbə qazanıb. Beləliklə, 66 xal toplayan “Neftçi” mövsümü çempion kimi, 52 xala malik “Sumqayıt” ikinci, 49 xalla “Liman” üçüncü pillədə başa vurub.
Matçın ardından mükafatlandırma mərasimi keçirilib. Çempionatda 3-cü yeri tutan “Liman” bürünc, 2-ci pillənin sahibi “Sumqayıt” gümüş medallarla təltif olunub. Çempion “Neftçi” isə qızıl medallar və kubok təqdim edilib.
Həmçinin fərdi nominasiyalar üzrə qaliblər bəlli olub. Aktivinə 75 qol yazdıran “Liman”ın futbolçusu Nurçin Tarverdizadə ən məhsuldar oyunçuya verilən mükafatın sahibi olub. Mövsümün ən yaxşı oyunçusu isə “Neftçi”nin üzvü Xanım Əsədova seçilib.
Mükafatları AFFA-nın baş katibinin müşaviri Orxan Həsənov və Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva təqdim ediblər.
 
Baş Sponsor