az en
News / Yüksək Qızlar Liqasında iştirak edəcək klublarla görüş keçirilib

Yüksək Qızlar Liqasında iştirak edəcək klublarla görüş keçirilib

Yüksək Liqa (Qızlar) Dərc olundu: 19.08.2026 Çap
AFFA-nın Qadın Futbolu Departamenti ilə 2026/2027-ci illər mövsümündə iştirak edəcək klubların nümayəndələri arasında görüş keçirilib.
Yüksək Qızlar Liqasında iştirak edəcək klublarla görüş keçirilib
Görüşdə AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva, qadın futbolu üzrə texniki direktoru Emrah Aykurt və Maliyyə Departamentinin Maliyyə Nəzarəti şöbəsinin rəisi Rəşad Babayev iştirak ediblər.
AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzinin iclas zalında keçirilən görüşdə Yüksək Qızlar Liqasının yeni formatı, yarışın təşkili və keçirilməsi ilə bağlı planlaşdırılan dəyişikliklər barəsində, eləcə də növbəti mövsümdə iştirakçı klublara AFFA tərəfindən ayrılacaq qrant ödənişləri ilə bağlı məsələlər müzakirə olunub.
 
Baş Sponsor