az en
News / Yeni mövsümdə Yüksək Qızlar Liqasında iştirak edəcək klublarla görüş keçirilib

Yeni mövsümdə Yüksək Qızlar Liqasında iştirak edəcək klublarla görüş keçirilib

Yüksək Liqa (Qızlar) Dərc olundu: 19.08.2026 Çap
Yeni mövsümdə Yüksək Qızlar Liqasında iştirak edəcək klublarla görüş keçirilib
AFFA-nın Qadın Futbolu Departamenti tərəfindən 2026/2027-ci illər mövsümündə Yüksək Qızlar Liqasında iştirak edəcək klubların nümayəndələri ilə görüş keçirilib.
Görüşdə AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva, qadın futbolu üzrə texniki direktor Emrah Aykurt və Maliyyə Departamentinin Maliyyə Nəzarəti şöbəsinin rəisi Rəşad Babayev iştirak ediblər.
AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzinin iclas zalında təşkil olunan görüş zamanı Yüksək Qızlar Liqasının yeni formatı, yarışın təşkili və keçirilməsi ilə bağlı nəzərdə tutulan dəyişikliklər, həmçinin 2026/2027-ci illər mövsümündə iştirakçı klublara AFFA tərəfindən ayrılacaq qrant ödənişləri ilə bağlı məsələlər müzakirə olunub.
 
 
 
 
 
Baş Sponsor