az en
News / AFFA “Avtomobilsiz Gün” tədbirinə dəstək göstərib

AFFA “Avtomobilsiz Gün” tədbirinə dəstək göstərib

AFFA Dərc olundu: 21.09.2026 Çap
Sentyabrın 20-də “Avropa Mobillik Həftəsi” çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən “Avtomobilsiz Gün” tədbiri keçirilib
AFFA “Avtomobilsiz Gün” tədbirinə dəstək göstərib
Tədbir çərçivəsində Yasamal rayonunun Məhəmməd Naxçıvani küçəsi saat 10:00-dan 20:00-dək nəqliyyatın hərəkəti üçün bağlanaraq piyadaların və sakinlərin istifadəsinə verilib.
AFFA tərəfindən tədbir çərçivəsində ərazidə mini futbol meydançası quraşdırılıb.Meydançada futbol həvəskarları, eləcə də AFFA-nın sosial layihələrində iştirak edən uşaqlar futbol oynayıblar.
“Avtomobilsiz Gün”ün keçirilməsində əsas məqsəd şəhər mobilliyində alternativ nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi, daha təhlükəsiz və dayanıqlı şəhər mühitinin formalaşdırılmasına diqqətin artırılmasıdır.
 
Baş Sponsor