az en
News / AFFA nümayəndələri RFİ-nin tədbirində iştirak ediblər

AFFA nümayəndələri RFİ-nin tədbirində iştirak ediblər

AFFA Dərc olundu: 29.03.2026 Çap
AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlığı şöbəsinin aparıcı mütəxəssisi Şəbnəm Eyyubova və Futbolda Sosial Layihələr üzrə menecer Zəhra Vəlizadə Rusiya Futbol İttifaqı (RFİ) tərəfindən təşkil olunan Dayanıqlı İnkişaf və Futbolda Sosial Məsuliyyət mövzusuna həsr edilmiş seminarda iştirak ediblər.
AFFA nümayəndələri RFİ-nin tədbirində iştirak ediblər
Moskvada təşkil edilən iki günlük tədbirdə Rusiya futbol klublarının nümayəndələri, həmçinin Qazaxıstan və Belarusdan olan həmkarlar iştirak ediblər. Seminarın əsas məqsədi futbolda dayanıqlı inkişaf və sosial məsuliyyət sahəsində təcrübə mübadiləsi aparmaq, mövcud təşəbbüsləri müzakirə etmək və əməkdaşlıq imkanlarını dəyərləndirmək olub.
Seminar çərçivəsində AFFA nümayəndələri tərəfindən assosiasiyanın həyata keçirdiyi sosial və inklüziv layihələrə dair təqdimat edilib.
 
 
Baş Sponsor