az en
News / AFFA İntizam Komitəsinin qərarları

AFFA İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 04.12.2025 Çap
29.11.2025-ci il tarixində Misli Premyer Liqasında XIII turun “İmişli” – “Sabah” oyununda “İmişli” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “İmişli” komandası 3000 manat cərimə edilsin (maddə 86.3);
AFFA İntizam Komitəsinin qərarları
30.11.2025-ci il tarixində Misli Premyer Liqasında XIII turun “Şamaxı” – “Sumqayıt” oyununun 88-ci dəqiqəsində “Şamaxı” komandasının baş məşqçisi Ayxan Abbasov rəqib komandanın texniki zonasına aqressiv şəkildə daxil olduğuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Şamaxı” komandası 2000 manat cərimə edilsin (maddə 47.2);
 
30.11.2025-ci il tarixində Misli Premyer Liqasında XIII turun “Şamaxı” – “Sumqayıt” oyununda “Sumqayıt” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Sumqayıt” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
 
30.11.2025-ci il tarixində Misli Premyer Liqasında XIII turun “Şamaxı” – “Sumqayıt” oyununun 88-ci dəqiqəsində “Sumqayıt” komandasının baş məşqçisi Saşa İliç rəqib komandanın texniki zonasına qeyri etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə ilə cəzalandığı üçün 4 oyun oyuna buraxılmasın, “Sumqayıt” komandası 10000 manat cərimə edilsin (maddə 52.4);
 
30.11.2025-ci il tarixində Misli Premyer Liqasında XIII turun “Qəbələ” – “Araz-Naxçıvan” oyununun 90+4-cü dəqiqəsində “Qəbələ” komandasının 28 nömrəli futbolçusu Murad Musayev ikici sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Qəbələ” komandası 500 manat cərimə edilsin (maddə 17.5, 17.7);
 
26.11.2025-ci il tarixində I Liqada IX turun “Mingəçevir” – “Baku Sportinq” oyununda “Mingəçevir” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Mingəçevir” komandası 210 manat cərimə edilsin (maddə 43.1);
 
26.11.2025-ci il tarixində I Liqada IX turun “Mingəçevir” – “Baku Sportinq” oyununun 75-ci dəqiqəsində “Mingəçevir” komandasının 32 nömrəli futbolçusu Rəhim Cəfərli rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Mingəçevir” komandası 300 manat cərimə edilsin (maddə 46);
 
01.12.2025-ci il tarixində II Liqada XI turun “Ağstafa Gəncləri” – “Araz Saatlı” oyununda “Ağstafa Gəncləri” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Ağstafa Gəncləri” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
 
01.12.2025-ci il tarixində II Liqada XI turun “Sheki City” – “Quba” oyununda “Quba” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Quba” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
 
01.12.2025-ci il tarixində II Liqada XI turun “Sheki City” – “Quba” oyununun 74-cü dəqiqəsində “Sheki City” komandasının 4 nömrəli futbolçusu Saleh Süleymanov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, “Sheki City” komandası 300 manat cərimə edilsin (maddə 45.1);
 
02.12.2025-ci il tarixində II Liqada XI turun “Ağdaş” – “Göygöl” oyununda “Göygöl” komandasının 6 futbolçusu sarı vərəqə aldığı üçün “Göygöl” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
 
29.11.2025-ci il tarixində Əvəzedicilər liqasında XII turun “Turan Tovuz-2” – “Qarabağ-2” oyununda “Turan Tovuz-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Turan Tovuz-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
 
29.11.2025-ci il tarixində Əvəzedicilər liqasında XII turun “Turan Tovuz-2” – “Qarabağ-2” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Turan Tovuz-2” komandası 200 manat cərimə edilsin (maddə 99, 94, 57.2);
 
29.11.2025-ci il tarixində Əvəzedicilər liqasında XII turun “Şamaxı-2” – “Zirə-2” oyununun 67-ci dəqiqəsində “Şamaxı-2” komandasının məşqçisi Yaşar Abuzərov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun oyuna buraxılmasın, “Şamaxı-2” komandası 1000 manat cərimə edilsin (maddə 52.4);
 
29.11.2025-ci il tarixində Əvəzedicilər liqasında XII turun “Şamaxı-2” – “Zirə-2” oyununda “Zirə-2” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Zirə-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
 
29.11.2025-ci il tarixində Əvəzedicilər liqasında XII turun “Şamaxı-2” – “Zirə-2” oyununun 7-ci dəqiqəsində “Zirə-2” komandasının 24 nömrəli futbolçusu Ömər Həsənli rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Zirə-2” komandası 100 manat cərimə edilsin (maddə 46);
 
30.11.2025-ci il tarixində Əvəzedicilər liqasında XII turun “Sabah-2” – “Neftçi-2” oyununda “Neftçi-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Neftçi-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
 
AFFA U-16 Qızlar liqasında 30.11.2025 tarixində keçirilmiş “Turan Tovuz” FK – “Mingəçevir” oyununun 58-ci dəqiqəsində “Turan Tovuz” FK komandasının №7 futbolçusu Rəna Məmmədova rəqibini təhqir edərək ünvanına nalayiq ifadələr işlətdiyi üçün oyunun baş hakimi tərəfindən birbaşa qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın (Maddə 52.3)
 
AFFA U-16 Qızlar liqasında 30.11.2025 tarixində keçirilmiş “Turan Tovuz” FK – “Mingəçevir” oyununun 58-ci dəqiqəsində isə “Mingəçevir” komandasının №9 futbolçusu Nuray Rüstəmli rəqibini təhqir edərək ünvanına nalayiq ifadələr işlətdiyi üçün oyunun baş hakimi tərəfindən birbaşa qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın (Maddə 52.3)
 
30.11.2025-ci il tarixində AFFA U-14 Qızlar Liqasının “Pirallahı FK-Sumqayıt PFK” oyununa Pirallahı FK yetersay gəlmədiyi üçün oyun baş tutmadığı üçün Pirallı FK-ya 0:3 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 79.1)
 
AFFA U-14 Qızlar liqasında 29.11.2025 tarixində keçirilməsi nəzərdə tutulmuş “Ümid” (Gəncə) – “Mingəçevir” oyununda “Ümid” (Gəncə) komandasında yetərsay oyunçu olmadığı üçün Ümid (Gəncə) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 79.1)
 
30 noyabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Çinar Zəngilan FK-Samur FK oyununda Samur FK komandasının heyətində N14 futbolçu Faik Ağarəhimov qarşılaşmanın 72-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı, qırmızı vərəqə aldıqdan sonra hakimlər briqadasını təhqir etdiyi üçün növbəti 4 (dörd) oyuna buraxılmasın. (Maddə 17.5 və 52.4)
 
30 noyabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Çinar Zəngilan FK-Samur FK oyununda qarşılaşmanın 55-ci dəqiqəsində Samur FK komandasının rəhbəri Akif Lətifov hakimlər briqadasını təhqir etdiyi üçün növbəti 4 (dörd) oyuna buraxılmasın. (Maddə 52.4)
 
29 noyabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilməli olan Ərgünəş(Füzuli)-Real FK oyunu Ərgünəş(Füzuli) komandası tərəfindən təcili tibbi yardım maşını və ya həkim briqadası təmin edilmədiyinə görə baş tutmadığı üçün Ərgünəş (Füzuli) komandasına texniki məğlubiyyət verilsin. (Maddə 57.7)
 
30 noyabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Olimpik Sabirabad FK-Sabirabad FK oyununda Olimpik Sabirabad FK heyətində N8 futbolçu Maarif Quliyev qarşılaşmanın 90-cı dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 51.2)
 
29 noyabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Bahar(Beyləqan)-Ağcabədi FK oyununda Bahar(Beyləqan) komandasının heyətində N15 futbolçu Məhəmmədəli Sarılı qarşılaşmanın 24-cü dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 46)
 
29 noyabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Crystal FC-Qobu PFK oyununda Qobu PFK komandasının heyətində N8 futbolçu Rəşad Abasov qarşılaşmanın 47-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 17.5)
 
29 noyabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Crystal FC-Qobu PFK oyununda qarşılaşma bitdikdən sonra Crystal FC komandasının N5 futbolçusu Məhəmmədamin Cəfərli təcavüzkar davranışa (rəqibi əli ilə vurduğuna) görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 45.1)
 
29 noyabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Crystal FC-Qobu PFK oyununda qarşılaşma bitdikdən sonra Crystal FC komandasının köməkçi məşqçisi Fərid Şahhüseyni təcavüzkar davranışa (rəqibi əli ilə vurduğuna) görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 45.1)
 
29 noyabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Crystal FC-Qobu PFK oyununda qarşılaşma bitdikdən sonra Qobu PFK komandasının heyətində N10 futbolçu Emin Əlicanov təcavüzkar davranışa (rəqibi əli ilə vurduğuna), eyni zamanda hakimlərə fiziki təzyiq göstərdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 10 (on) oyuna buraxılmasın. (Maddə 45.1 və 45.3 )
 
29 noyabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Crystal FC-Qobu PFK oyununda qarşılaşma bitdikdən sonra Qobu PFK komandasının N17 futbolçusu Kənan Hacıyev təcavüzkar davranışa (rəqibi əli ilə vurduğuna) görə qırmızı vərəqə ilə növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 45.1)
 
29 noyabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Crystal FC-Qobu PFK oyununda qarşılaşma bitdikdən sonra Crystal FC komandasının cəzalı baş məşqçisi Şahin Şahhüseyni meydana daxil olaraq rəqib komandanın oyunçusunu vurduğu üçün növbəti 14 (on dörd) oyuna buraxılmasın. (Maddə 45.3 və 47.3)
 
30 noyabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Beyləqan FK-Mərcanlı FK oyununda Mərcanlı FK komandasının heyətində N3 futbolçu Aydın Xanbabazadə qarşılaşmanın 83-cü dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 4 (dörd) oyuna buraxılmasın. (Maddə 52.4)
 
30 noyabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Beyləqan FK-Mərcanlı FK oyununda qarşılaşmanın 88-ci dəqiqəsində Mərcanlı FK komandasının heyətində N5 futbolçu İman İmanlı rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 52.3)
 
30 noyabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Beyləqan FK-Mərcanlı FK oyununda qarşılaşmanın 88-ci dəqiqəsində Beyləqan FK komandasının heyətində N27 futbolçu Ələddin Məmmədov rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 52.3)
 
30 noyabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Neftçala FK-Viləş PFK oyunu bitdikdən sonra Neftçala FK komandasının heyətində N99 futbolçu Namiq Məhərrəmov hakimlər briqadasını təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 4 (dörd) oyuna buraxılmasın. (Maddə 52.4)
 
30 noyabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən İmişli Bələdiyyəspor-Ağsu Siti oyununda İmişli Bələdiyyəspor komandasının heyətində N17 futbolçu Allahverdi Fərzəliyev qarşılaşmanın 77-ci dəqiqəsində qırmızı vərəqə aldıqdan sonra hakimi itələdiyi, sonra isə ayaqla zərbə endirdiyi, bu səbəbdən də oyunun yarımçıq dayandırıldığı üçün növbəti 14 (on dörd) oyuna buraxılmasın. İmişli Bələdiyyəspor komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (Maddə 45.3, 99, 86.6)
 
23 noyabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Xan Çinar FK-Araz(İmişli) oyununun 85-ci dəqiqəsində Araz(İmişli) komandasının rəhbəri Süleyman İsayev qarşılaşmanın 90+4-cü dəqiqəsində hakimlər briqadasını təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 4 (dörd) oyuna buraxılmasın. (Maddə 52.4)
 
23 noyabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Mərcanlı FK-Bakı TFK oyununda Bakı TFK komandasının heyətində lisenziyası olmayan oyunçu iştirak etdiyi üçün Bakı TFK-ya texniki məğlubiyyət verilsin. Hesab olduğu kimi saxlanılsın. (Maddə 49)
 
30 noyabr 2025-ci il tarixində AFFA Gənclər Liqasında keçirilən Araz Naxçıvan PFK-Turan Tovuz FK oyununda Turan Tovuz FK komandasının heyətində N66 futbolçu Ayxan Abbaszadə qarşılaşmanın 57-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 46)
 
30 noyabr 2025-ci il tarixində AFFA Gənclər Liqasında keçirilən European Football Academy-Kəpəz PFK oyununda European Football Academy komandasının heyətində N77 futbolçu Sübhan İbadov qarşılaşmanın 36-cı dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 46)
 
30 noyabr 2025-ci il tarixində AFFA Gənclər Liqasında keçirilən European Football Academy-Kəpəz PFK oyununda qarşılaşmanın 75-ci dəqiqəsində European Football Academy komandasının heyətində N5 futbolçu İmran Qaziyev rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 46)
 
22 noyabr 2025-ci il tarixində AFFA U-17 Liqasında keçirilən Araz Naxçıvan PFK-Şəfa FK oyununda Şəfa FK komandasının heyətində N8 futbolçu Rüstəm Məhəmmədov qarşılaşmanın 55-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 46)
 
22 noyabr 2025-ci il tarixində AFFA U-17 Liqasında keçirilən Araz Naxçıvan PFK-Şəfa FK oyununda qarşılaşmanın 80-ci dəqiqəsində Şəfa FK komandasının heyətində N5 futbolçu Elnur Həmzəbəyli qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 17.5)
 
30 noyabr 2025-ci il tarixində AFFA U-14 Liqasında keçirilən Mübariz Football Academy-Ulduz FA oyunu bitdikdən sonra Mübariz Football Academy komandasının heyətində N6 futbolçu Şıxəli Məsili təcavüzkar davranışa görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 2 (iki) oyuna buraxılmasın. (Maddə 45.1)
 
30 noyabr 2025-ci il tarixində AFFA U-14 Liqasında keçirilən Mübariz Football Academy-Ulduz FA oyunu bitdikdən sonra Mübariz Football Academy komandasının heyətində N3 futbolçu Nihat Becənov təcavüzkar davranışa görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 2 (iki) oyuna buraxılmasın. (Maddə 45.1) 
 
30 noyabr 2025-ci il tarixində AFFA U-14 Liqasında keçirilən Mübariz Football Academy-Ulduz FA oyunu bitdikdən sonra Ulduz FA komandasının heyətində N22 futbolçu Cəbrayıl Əkbərov təcavüzkar davranışa görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 2 (iki) oyuna buraxılmasın. (Maddə 45.1)
 
30 noyabr 2025-ci il tarixində AFFA U-14 Liqasında keçirilən Mübariz Football Academy-Ulduz FA oyunu bitdikdən sonra Mübariz Football Academy komandasının heyətində N36 futbolçu Ömər Hüsüzadə təcavüzkar davranışa görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 2 (iki) oyuna buraxılmasın. (Maddə 45.1)
 
30 noyabr 2025-ci il tarixində AFFA U-14 Liqasında keçirilən Mübariz Football Academy-Ulduz FA oyunu bitdikdən sonra Mübariz Football Academy komandasının heyətində N37 futboçu Mehdi Kərimov təcavüzkar davranışa görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 2 (iki) oyuna buraxılmasın. (Maddə 45.1)
 
29 noyabr 2025-ci il tarixində AFFA U-14 Liqasında keçirilməli olan Araz Bakı UFK-Neftçi PFK oyunu meydança tələblərə uyğun olmadığına gör baş tutmadığı üçün oyun yenidən keçirilsin (maddə 99, 94)
 
30 noyabr 2025-ci il tarixində AFFA U-14 Liqasında keçirilən Ələt FK-Xudat City FA oyununda Ələt FK komandasının heyətində N2 futbolçu Nihad Mehdiyev qarşılaşmanın 62-ci dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 51.2)
 
30 noyabr 2025-ci il tarixində AFFA U-14 Liqasında keçirilən Nabran(Xaçmaz)-Şimal RFF oyununda Şimal RFF komandasının heyətində N5 futbolçu Tunar Hacısoy qarşılaşmanın 75-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 17.5)
 
Qeyd: İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.
Baş Sponsor