az en
News / AFFA İntizam Komitəsinin qərarları

AFFA İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 26.03.2026 Çap
23 mart 2026-cı il tarixində II Liqada XIX turun “Araz Saatlı” – “Quba” oyunu “Araz Saatlı” komandasının formasında problem olması səbəbindən gec başladığına görə “Araz Saatlı” komandası 150 manat cərimə edilsin (maddə 83.5);
AFFA İntizam Komitəsinin qərarları
23 mart 2026-cı il tarixində II Liqada XIX turun “Araz Saatlı” – “Quba” oyununda “Quba” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Quba” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
 
23 mart 2026-cı il tarixində II Liqada XIX turun “Araz Saatlı” – “Quba” oyununun 85-ci dəqiqəsində “Quba” komandasının 9 nömrəli futbolçusu Vidadi Cəfərov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, “Quba” komandası 300 manat cərimə edilsin (maddə 45.1);
 
23 mart 2026-cı il tarixində II Liqada XIX turun “Şirvan” – “Sheki City” oyununda “Şirvan” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Şirvan” komandası 300 manat cərimə edilsin (maddə 86.3);
 
23 mart 2026-cı il tarixində II Liqada XIX turun “Şirvan” – “Sheki City” oyununda “Sheki City” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Sheki City” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
 
24 mart 2026-cı il tarixində II Liqada XIX turun “Kür-Araz” – “Qaradağ Lökbatan” oyununda “Kür-Araz” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Kür-Araz” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
 
24 mart 2026-cı il tarixində II Liqada XIX turun “Kür-Araz” – “Qaradağ Lökbatan” oyununun 77-ci dəqiqəsində “Kür-Araz” komandasının 9 nömrəli futbolçusu Elxan Məmmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun oyuna buraxılmasın, “Kür-Araz” komandası 1000 manat cərimə edilsin (maddə 52.4);
 
24 mart 2026-cı il tarixində II Liqada XIX turun “Ağdaş” – “Şəmkir” oyununun 73-cü dəqiqəsində “Şəmkir” komandasının 7 nömrəli futbolçusu İbrahim Camalov ikinci sarıdan  qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Şəmkir” komandası 50 manat cərimə edilsin (maddə 17.5, 17.7);
 
8 mart 2026-cı il tarixində AFFA U-13 Liqasında keçirilən Araz Saatlı-İmişli oyununun 25-ci dəqiqəsində İmişli komandasının baş məşqçisi Samid Həsənov öz oyunçularını və hakimləri təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 6 (altı) oyuna buraxılmasın. (Maddə 52.3 və 52.4)
 
19.03.2026-ci il tarixində keçirilməli olan futzal üzrə Yüksək liqanın 15-ci turunun Lənkəran – U-19 oyununa Lənkəran komandası təyin olunan vaxtda gəlmədiyinə görə Lənkəran komandasına 0:5 hesablı texniki məğlubiyyət verilsin (maddə 79.1);
 
19.03.2026-ci il tarixində keçirilməli olan futzal üzrə 1-ci liqanın 8-ci turunun Atletiko Baku - PFL oyununa Atletiko Baku təyin olunan vaxtda gəlmədiyinə görə Atletiko Baku komandasına 0:5 hesablı texniki məğlubiyyət verilsin (maddə 79.1).
 
Qeyd: İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.
Baş Sponsor