az en
News / AFFA İntizam Komitəsinin qərarları

AFFA İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 18.03.2026 Çap
16 mart 2026-cı il tarixində II Liqada XVIII turun “Sheki City” – “Kür-Araz” oyununun 42-ci dəqiqəsində “Kür-Araz” komandasının 44 nömrəli futbolçusu Müseyib Abdullazadə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, “Kür-Araz” komandası 300 manat cərimə edilsin (maddə 45.1);
 
AFFA İntizam Komitəsinin qərarları
17 mart 2026-cı il tarixində II Liqada XVIII turun “Şəmkir” – “Araz Saatlı” oyununda “Şəmkir” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Şəmkir” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
 
17 mart 2026-cı il tarixində II Liqada XVIII turun “Şəmkir” – “Araz Saatlı” oyunu bitdikdən sonra “Şəmkir” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Şəmkir” komandası 300 manat cərimə edilsin (maddə 86.3);
 
17 mart 2026-cı il tarixində II Liqada XVIII turun “Xankəndi” – “Ağdaş” oyunu “Ağdaş” komandasının meydançaya gec çıxması səbəbindən gec başladığına görə “Ağdaş” komandası 300 manat cərimə edilsin (maddə 77.4);
 
17 mart 2026-cı il tarixində II Liqada XVIII turun “Qaradağ Lökbatan” – “Göygöl” oyununda “Qaradağ Lökbatan” komandası təşkilati-texniki öhdəlikləri pozduğuna görə “Qaradağ Lökbatan” komandası 100 manat cərimə edilsin (maddə 68);
 
17 mart 2026-cı il tarixində II Liqada XVIII turun “Quba” – “Dinamo” oyununda “Quba” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Quba” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
 
17 mart 2026-cı il tarixində II Liqada XVIII turun “Quba” – “Dinamo” oyununda “Dinamo” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Dinamo” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
 
17 mart 2026-cı il tarixində II Liqada XVIII turun “Quba” – “Dinamo” oyununun 53-cü dəqiqəsində “Dinamo” komandasının 11 nömrəli futbolçusu Fizuli Dəmirov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmasın, “Dinamo” komandası 100 manat cərimə edilsin (maddə 44.1);
 
15 mart 2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Mil(Beyləqan)-Ramana FK oyununda Ramana FK komandasının heyətində N17 futbolçu Rövşən Heydərov qarşılaşmanın 90-cı dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 46)
 
14 mart 2026-cı il tarixində AFFA Gənclər Liqasında keçirilən Qəbələ İK-Neftçi PFK oyununda Qəbələ İK komandasının heyətində N19 futbolçu Müseyib Bəşirov qarşılaşmanın 89-cu dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 17.5)
 
15 mart 2026-cı il tarixində AFFA U-17 Liqasında keçirilən Neftçi PFK-Sumqayıt FK oyununda Neftçi PFK komandasının heyətində N4 futbolçu Hüseyn Hümbətov qarşılaşmanın 65-ci dəqiqəsində perspektivli hücumun qarşısını aldığına görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 17.5)
 
16 mart 2026-cı il tarixində AFFA U-17 Liqasında keçirilən Lion PFK-Şamaxı FK oyununda Şamaxı FK komandasının heyətində N16 futbolçu Nihat Məmmədli qarşılaşmanın 75-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 46)
 
16 mart 2026-cı il tarixində AFFA U-17 Liqasında keçirilən Lion PFK-Şamaxı FK oyununda Lion PFK komandasının heyətində Məhəmməd Ağazadə qarşılaşmanın 83-cü dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 46)
 
 
14 mart 2026-cı il tarixində AFFA U-15 Liqasında keçirilən İmişli FK-Xudat City FA oyununda İmişli FK komandasının heyətində N30 futbolçu İsrəfil Kazımov qarşılaşmanın 64-cü dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 46).
 
14 mart 2026-cı il tarixində AFFA U-14 Liqasında keçirilən Şimal RFF-Sumqayıt City oyununda Şimal RFF komandasının heyətində N10 futbolçu Əli Xələfzadə qarşılaşmanın 69-cu dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 2 (iki) oyuna buraxılmasın. (Maddə 45.1)
 
14 mart 2026-cı il tarixində AFFA U-14 Liqasında keçirilən Şimal RFF-Sumqayıt City oyununda Sumqayıt City komandasının heyətində N19 futbolçu Vüsal Muradlı qarşılaşmanın 69-cu dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 2 (iki) oyuna buraxılmasın. (Maddə 45.1)
 
14 mart 2026-cı il tarixində AFFA U-14 Liqasında keçirilən UGİM-2(Sumqayıt)-Quba FK oyununda UGİM-2(Sumqayıt) komandasının heyətində N6 futbolçu Rəşad Mirzəcanzadə qarşılaşmanın 30-cu dəqiqəsində öz komanda yoldaşını təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 2 (iki) oyuna buraxılmasın. (Maddə 52.3)
 
14 mart 2026-cı il tarixində AFFA U-14 Liqasında keçirilən Xan FK-Young Pro oyununda Young Pro komandasının heyətində N97 futbolçu Fərid Vəlizadə qarşılaşmanın 80+1-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 17.5)
 
14 mart 2026-cı il tarixində AFFA U-14 Liqasında keçirilən Xan FK-Young Pro oyununda qarşılaşmanın 80+1-ci dəqiqəsində Young Pro komandasının heyətində N41 futbolçu Yusif Xankişili qarşılaşmanın 80+1-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sari vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 17.5)
 
14 mart 2026-cı il tarixində AFFA U-14 Liqasında keçirilən Xan FK-Young Pro oyununda qarşılaşma bitdikdən sonra Xan FK komandasının heyətində N20 futbolçu Ömər Bağırov təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 2 (iki) oyuna buraxılmasın. (Maddə 45.1)
 
14 mart 2026-cı il tarixində AFFA U-14 Liqasında keçirilən Xan FK-Young Pro oyununda qarşılaşma bitdikdən sonra Xan FK komandasının heyətində N14 futbolçu Rauf Vəlizadə təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 2 (iki) oyuna buraxılmasın. (Maddə 45.1)
 
14 mart 2026-cı il tarixində AFFA U-14 Liqasında keçirilən Xan FK-Young Pro oyununda qarşılaşma bitdikdən sonra Xan FK komandasının heyətində N2 futbolçu İbrahim Qurbanlı təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 2 (iki) oyuna buraxılmasın. (Maddə 45.1)
 
14 mart 2026-cı il tarixində AFFA U-14 Liqasında keçirilən Xan FK-Young Pro oyununda qarşılaşma bitdikdən Young Pro komandasının heyətində N29 futbolçu Əlu Ulusoy təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 2 (iki) oyuna buraxılmasın. (Maddə 45.1).
 
14 mart 2026-cı il tarixində AFFA U-14 Liqasında keçirilən Sabah FK-Qarabağ FK oyununun 40-cı dəqiqəsində Sabah FK komandasının baş məşqçisi Şahin Zeynalov hakimin qərarına etiraz etdiyinə görə ikinci sari vərəqə ilə texniki zonadan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 51.2)
 
14 mart 2026-cı il tarixində AFFA U-14 Liqasında keçirilən Xan FK-Young Pro oyununda qarşılaşmanın 28-ci dəqiqəsində Azərbaycan Qartalları FK komandasının heyətində N4 futbolçu Sabutay İsmayılov təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 2 (iki) oyuna buraxılmasın. (Maddə 45.1)
 
Çinar(Gəncə) klubu AFFA U-13 Liqasının Əsasnaməsinin 5.2-ci maddəsinin tələblərini pozaraq transfer pəncərəsinin qeyri-aktiv dövründə klubun qeydiyyatından keçirilmiş 4 oyunçu 7 mart tarixli Yasamal FM(Şəmkir) və 14 mart tarixli Qoşqar(Gəncə) komandalarına qarşı oyunlarda iştirak etdiyi üçün müvafiq oyunların nəticələri ləğv edilərək Çinar (Gəncə) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 49)
 
14 mart 2026-cı il tarixində AFFA U-13 Liqasında keçirilən Sumqayıt FK-Azərbaycan Qartalları FK oyununun 28-ci dəqiqəsində Sumqayıt FK komandasının heyətində N9 futbolçu Mehrac Əhmədli təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 2 (iki) oyuna buraxılmasın. (Maddə 45.1)
 
15 mart 2026-cı il tarixində AFFA U-12 Liqasında keçirilən Neftçi PFK-Qarabağ FK oyununun 21-ci dəqiqəsində Qarabağ FK komandasının baş məşqçisi Şöhrət Yusifov hakimlər briqadasını təhqir etdiyi üçün meydan kənarlaşdırıldığı üçün növbəti 4 (dörd) oyuna buraxılmasın. (Maddə 52.4).
 
15 mart 2026-cı il tarixində AFFA U-10 Liqasında keçirilən Binə FK-Neftçi İK İB oyunu bitdikdən sonra Neftçi İK İB komandasının baş məşqçisi Şahin Şahhüseyni hakimin qərarına kəskin etiraz etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 2 (iki) oyuna buraxılmasın. (Maddə 51.1)
 
14.03.2026-cı il tarixində AFFA U-16 Qızlar Liqasında keçirilməsi nəzərdə tutulan “Turan Tovuz” FK  – “Araz Naxçıvan” PFK oyunu, “Turan Tovuz” FK komandasının oyunu həkim briqadası ilə təmin etmədiyinə görə baş tutmadığı üçün “Turan Tovuz” FK-ya 0:3 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 57.7)
 
Qeyd: İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.
Baş Sponsor