Xəbər verdiyimiz kimi, 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası V İslam Həmrəyliyi Oyunlarını üçüncü pillədə başa vuraraq turnirin bürünc medallarını qazanıb. AFFA-nın prezidenti Rövnəq Abdullayev telefonla zəng edərək millimizi qazandığı nəticə münasibətilə təbrik edib.