AFFA U-14 Qızlar Liqasının 2026/2027-ci illər mövsümünün püşkatma mərasimi keçirilib.
Onlayn keçirilən püşkatmada 4 region üzrə 33 komanda iştirak edib. Bakı regionunda 10, Qərb regionunda 8, Şimal-Qərb regionunda 8, Mərkəz regionunda isə 7 komanda mübarizə aparacaq.
Püşkatmanın nəticələrinə əsasən, I turun cütləri aşağıdakı kimi müəyyənləşib:
Bakı regionu
Sumqayıt PFK – Türkan (Bakı)
Səbail PFK – Şəfa FK
İmişli PFK – Zirə FK
Alekseyevka (Quba) – Sabah FK
Ulduz FA – Neftçi PFK
Qərb regionu
Kür (Samux) – Goranboy OİK
Mingəçevir – Ümid (Gəncə)
Lider FK – Zərif FK (Gəncə)
Zəfər FK (Bərdə) – Naftalan FK
Şimal-Qərb regionu
Şəki FK – Dirçəliş FK
Qafqaz İK – Dinçi FK
Qəbələ İK – Dinamo (Balakən)
Marxal (Şəki) – Lokomotiv FK
Mərkəz regionu
Mil-Muğan (İmişli) – Şamaxı FK
Babadağ (İsmayıllı) – Çinar (Göyçay)
Bəhramtəpə (İmişli) – İsmayıllı FK
Beləliklə, yeni mövsümün I turunun oyunları bu həftəsonu keçiriləcək. Qarşılaşmaların keçiriləcəyi tarix və saat, həmçinin digər turların təqvimi ilə bağlı məlumatlar yaxın günlərdə AFFA-nın rəsmi səhifəsində təqdim olunacaq.