Qadınlardan ibarət Azərbaycan milli komandası Türkiyənin Antalya şəhərində davam edən təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq oyunu keçirib.
Millimiz “Antalyaspor”un qadın komandası ilə qarşılaşıb və 2:1 hesabı ilə qələbə qazanıb. Komandamızın heyətində 40-cı dəqiqədə Nigar Mirzalıyeva, 69-cu dəqiqədə isə Manə Mollayeva fərqləniblər.