az en
News / Qadınlardan ibarət Azərbaycan milli komandası məktəblilərlə görüş keçirib

Qadınlardan ibarət Azərbaycan milli komandası məktəblilərlə görüş keçirib

A milli (Qadınlar) Dərc olundu: 19.11.2026 Çap
Qadınlardan ibarət Azərbaycan milli komandasının üzvləri Füzuli şəhərində yerləşən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin şagirdləri ilə görüşüblər.
Qadınlardan ibarət Azərbaycan milli komandası məktəblilərlə görüş keçirib
Görüş zamanı futbolçularla imza sessiyası təşkil olunub, məktəblilərin sualları cavablandırılıb. Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva çıxış edərək qadın futbolu haqqında məlumat verib. Tədbirdə milli komandanın məşqçi heyəti və qadın futbolu üzrə texniki direktor Emrah Aykurt da iştirak ediblər.
Həmçinin şagirdlərə milli komandanın uğurlarını və oyunlarını əks etdirən videoçarx nümayiş etdirilib.
Görüşün əsas məqsədi məktəblilər arasında qadın futboluna marağın artırılması və gənc nəslin futbola cəlb edilməsi olub.
 
Baş Sponsor