az en
News / AFFA və UFA arasında U-20-lərin dünya çempionatına hazırlıq müzakirə olunub

AFFA və UFA arasında U-20-lərin dünya çempionatına hazırlıq müzakirə olunub

AFFA Dərc olundu: 06.12.2025 Çap
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf DÇ-2026-nın püşkatma mərasimində iştirak üçün ABŞ-nin paytaxtı Vaşinqtonda səfərdə olan zaman Özbəkistan Futbol Assosiasiyasının (UFA) vitse-prezidenti Ravşan İrmatovla görüşüb.
AFFA və UFA arasında U-20-lərin dünya çempionatına hazırlıq müzakirə olunub
Görüş zamanı 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək 20 yaşadək futbolçular arasında dünya çempionatının təşkili və keçirilməsi ilə bağlı müxtəlif məsələlər, eləcə də assosiasiyalar arasında müxtəlif sahələrdə əlaqələrin gücləndirilməsi müzakirə olunub.
Baş Sponsor