AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlığı şöbəsinin rəhbəri Kifayət Mustafayeva UEFA tərəfindən növbəti təyinat alıb. O, 2027-ci ildə keçiriləcək qadınlar arasında futbol üzrə dünya çempionatının seçmə mərhələsinin pley-offunun I raundunda keçiriləcək Albaniya – Uels oyununda UEFA nümayəndəsi olacaq.
Qarşılaşma oktyabrın 9-da Albaniyanın Şkoder şəhərində yerləşən “Loro Boriçi” stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.