az en
News / Ahıllar və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər arasında futbol yarışı keçirilib

Ahıllar və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər arasında futbol yarışı keçirilib

AFFA Dərc olundu: 01.10.2026 Çap
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) birgə təşkilatçılığı ilə Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri və yüksək texnologiyalı protezlərlə təmin olunmuş müharibə ilə əlaqədar əlilliyi olan şəxslər arasında futbol yarışı keçirilib.
Ahıllar və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər arasında futbol yarışı keçirilib
Vətən müharibəsinin altıncı ildönümünə və 1 Oktyabr – Beynəlxalq Ahıllar Gününə həsr olunan yarış ahıllar və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər arasında sosial inteqrasiyanın və sağlam həyat tərzinin təşviqi, eləcə də asudə vaxtın səmərəli təşkili məqsədi daşıyıb.
AFFA-nın peşəkar hakimləri tərəfindən idarə olunan qarşılaşma maraqlı mübarizə şəraitində keçib və 6:6 hesabı ilə başa çatıb.
Oyunda 1 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakini, “Araz-Naxçıvan” PFK-nın qadınlardan ibarət U-16 komandasının üzvü Qənirə Zeynalova da iştirakçılara dəstək olub.
Yarışın sonunda iştirakçılara təşəkkürnamələr və simvolik hədiyyələr təqdim olunub.
Qeyd edək ki, Sosial Xidmətlər Agentliyinin AFFA ilə birgə əməkdaşlığı çərçivəsində ahıllar üçün davamlı olaraq “Gəzinti futbolu” (Walking football) adlı sosial layihə həyata keçirilir. AFFA tərəfindən ayrılan məşqçilərin keçirdiyi məşqlər ahıl şəxslərin fiziki aktivliyinin artırılmasına və onların sosial fəaliyyətlərə daha fəal cəlb olunmasına xidmət edir.
Baş Sponsor