az en
News / Akkreditasiya üçün qeydiyyat

Akkreditasiya üçün qeydiyyat

AFFA Dərc olundu: 15.10.2025 Çap
Oktyabrın 17-dən 19-dək Bakıda amputant futbolu üzrə Millətlər Liqasının C qrupunun oyunları keçiriləcək. Turnir üçün akkreditasiya almaq istəyən KİV nümayəndələri oktyabrın 16-dək qeydiyyatdan keçməlidirlər.
Akkreditasiya üçün qeydiyyat
Qeydiyyatdan keçmək üçün tələb olunanlar: 
1. Qeydiyyatdan keçənin adı, soyadı, atasının adı;
2. Şəxsiyyət vəsiqəsinin surəti (skan olunmuş);
3. Təmsil etdiyi mətbu orqanın vəsiqəsinin surəti;
4. Vəzifəsi;
 
Yuxarıda qeyd olunanlar 16 oktyabr saat 18:00-a qədər [email protected] ünvanına göndərilməlidir. Müraciət edənlər qeydiyyat üçün tələb olunanların hər birini təqdim etdikdən və [email protected] ünvanından müvafiq təsdiq cavabı aldıqdan sonra qeydiyyatdan keçmiş hesab olunacaqlar.
Baş Sponsor