az en
News / Apellyasiya Arbitraj Tribunalının qərarları

Apellyasiya Arbitraj Tribunalının qərarları

Apellyasiya Arbitraj Tribunalı Dərc olundu: 06.09.2024 Çap
“Lion” Peşəkar Futbol Klubu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin.
Apellyasiya Arbitraj Tribunalının qərarları
Xəlilov İlqar Sahib oğlu / “Lion” Futbol Klubu işi üzrə AFFA Oyunçuların Statusu və Transferi Komitəsinin 07 iyun 2024-cü il tarixli qərarı ləğv edilsin.
AFFA Oyunçuların Statusu və Transferi Komitəsinin mübahisə predmeti üzrə müvafiq qərar qəbul edilməsinə dair səlahiyyəti olmadığından, Xəlilov İlqar Sahib oğlunun “Lion” Futbol Klubuna qarşı “müqaviləyə vaxtından əvvəl xitam verilməsinə (digər kluba keçidin təmin edilməsinə) dair” iddiası baxılmamış saxlanılsın.
Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin.
Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.
Qərarın tam mətni 30 (otuz) gün ərzində hazırlanaraq tərəflərə göndərilsin.
Baş Sponsor