az en
News / Avro-2020: Bakıda qarşılaşacaq komandalar müəyyənləşib

Avro-2020: Bakıda qarşılaşacaq komandalar müəyyənləşib

Avro-2020 Dərc olundu: 27.06.2021 Çap
Avro-2020-nin 1/4 final mərhələsi çərçivəsində iyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək oyunun iştirakçıları müəyyənləşib. 1/8 final mərhələsində bu gün Macarıstanın Budapeşt şəhərində təşkil olunmuş Niderland - Çexiya qarşılaşmasında 2:0 hesabı ilə qalib gələn Çexiya milli komandası ¼ finala vəsiqə qazanıb. Qeyd edək ki, iyulun 3-də Bakı Olimpiya Stadionunda yerli vaxtla saat 20:00-da keçiriləcək ¼ final mərhələsinin oyununda Çexiya və Danimarka komandaları qarşılaşacaq.
 
Avro-2020: Bakıda qarşılaşacaq komandalar müəyyənləşib
Baş Sponsor 
Partnyorlar