az en
News / Azərbaycan - İtaliya: Oyunöncəsi mətbuat konfransları

Azərbaycan - İtaliya: Oyunöncəsi mətbuat konfransları

Avro-2016 Dərc olundu: 09.10.2015 Çap
Avro-2016-nın seçmə mərhələsində keçiriləcək Azərbaycan – İtaliya oyunu ərəfəsində Bakı Olimpiya Stadionunda hər iki komandanın baş məşqçisinin mətbuat konfransı təşkil olunub:
 
Azərbaycan - İtaliya: Oyunöncəsi mətbuat konfransları
Robert Prosineçki (Azərbaycan millisinin baş məşqçisi): “Hazırlığa 5 gündür başlamışıq. Məşqlərdən və komandadakı ab-havadan razıyam. Bizi sabah çətin rəqib – dördqat dünya çempionu ilə oyun gözləyir. Bu komanda, eyni zamanda, qrupumuzun lideridir. Keçirdiyimiz 4 rəsmi oyundan sonra komandamızda inam hissinin gücləndiyini deyə bilərəm. 4 oyundur uduzmuruq, futbolçular artıq özlərinə inanırlar. Əminəm ki, sabah da yaxşı oyun göstərəcəklər. Bizim üçün həm yaxşı oyun, həm də yaxşı nəticə lazımdır. Xorvatiya yığması da Bakıya gələndə inanırdı ki, Avropa çempionatına vəsiqə qazanacaq. Amma başqa nəticə oldu. Əlimizdən gələni edəcəyik ki, İtaliya sabah rahat oynamasın və nəticə bizim üçün yaxşı olsun”.
 
Antonio Konte (İtaliya millisinin baş məşqçisi): “Son bir həftədə yaxşı məşqlər keçmişik. Xoşagəlməz məqam sabah Andrea Pirlonun meydana çıxa bilməyəcəyinin dəqiqləşməsidir. Andrea məşqdə zədələnib. Oyun bizim üçün çətin olacaq. Yeni baş məşqçinin gəlişindən sonra Azərbaycan millisində dəyişiklik nəzərə çarpır. Rəqibimiz Xorvatiya və Norveç yığması ilə heç-heçəyə nail olub, Malta komandasını məğlub edib. Bununla belə, məqsədimiz qələbə qazanmaqdır. Çalışacağıq ki, seçmə mərhələlərdəki məğlubiyyətsiz seriyamızı davam etdirək. Amma asan olmayacaq. Yeni stadionda, çoxsaylı azarkeşlər önündə oynayacağıq. Təbii ki, biz rəqibə hörmətlə yanaşırıq. Ancaq sabah sensasiyanın olmamasına çalışacağıq”.
 
Baş Sponsor 
Partnyorlar