az en
News / Azərbaycan – Lüksemburq: Məşqçi fikirləri

Azərbaycan – Lüksemburq: Məşqçi fikirləri

DÇ-2022 Dərc olundu: 11.11.2021 Çap
DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində bu gün Bakı Olimpiya Stadionunda keçirilmiş Azərbaycan – Lüksemburq oyunundan sonra təşkil olunmuş mətbuat konfransında hər iki milli komandanın baş məşqçilərinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
 
Azərbaycan – Lüksemburq: Məşqçi fikirləri
Canni De Byazi: (Azərbaycan milli komandasının baş məşqçisi): "Buraxdığımız ilk qolda rəqibə məhsuldar ötürmə verdik. İkinci qoldan sonra oyunda balans itdi, mübarizə aparmağımız çətinləşdi. Hesab arasındakı fərqi azaltdıqdan sonra daha iki fürsətimiz oldu. Təəssüf ki, istifadə edə bilmədik. Fikirləşirəm ki, 10 nəfərlə bundan artığını edə bilməzdik".
 
Qrupda bizdən güclü komandalar çox idi. Hətta bu gün uduzduğumuz Lüksemburq da bizdən yaxşıdır. Milli komandaya rəhbərlik etmək asan iş deyil. Bəlkə də kimsə mənim məşqçi biliyimə, ağlıma şübhə edə bilər. Amma mən özümdən əminəm. Bilirəm ki, burada əlimdən gələnin maksimumunu etmişəm. Sadəcə, müəyyən problemlər var. Uzun müddət birlikdə oynamaq imkanımız olmur".
 
Luk Holtz (Lüksemburq milli komandasının baş məşqçisi): “Azərbaycan millisi bizi təəccübləndirmədi. Rəqibə qarşı 2 ay əvvəl oynamışdıq. Bu komandanı yaxşı tanıyırıq. Heyətində keyfiyyətli futbolçular var. Komandanın çıxışından razı qalmadım. Xüsusilə qırmızı vərəqədən 1-ci qoladək yaxşı oynamadıq”.
 
Baş Sponsor 
Partnyorlar