az en
News / Azərbaycan – Monteneqro: Məşqçi fikirləri

Azərbaycan – Monteneqro: Məşqçi fikirləri

A milli (Qadınlar) Dərc olundu: 30.11.2021 Çap
Bu gün “Dalğa Arena”da keçirilmiş Azərbaycan – Monteneqro oyunundan sonra hər iki komandanın baş məşqçisi affa.az saytına açıqlama verib:
 
Azərbaycan – Monteneqro: Məşqçi fikirləri
Siyasət Əsgərov (Azərbaycan milli komandasının baş məşqçisi): “Qrupda keçirdiyimiz ilk beş oyun bizim üçün yaxşı nəticələnməmişdi. Təbii ki, bu nəticələr bizi qane etmirdi. Uğursuz gedişə son qoymaq istəyirdik. Sevindirici haldır ki, uğursuzluğa son qoyub evdə qalib gəlməyi bacardıq. Bu nəticə gələcək oyunlar üçün komandaya əlavə stimul verəcək. Qarşıdakı 4 oyundan müsbət nəticələr əldə edib qrupu üst pillələrdə tamamlamaq istəyirik”.
 
Mirko Maric (Monteneqro milli komandasının baş məşqçisi): “Topa daha çox biz sahib idik. İki epizodda fərqlənməyə yaxın olduq. Təəssüf ki, zərbələrimiz dirəkdən geri qayıtdı. Bu gün bəxtimiz gətirmədi. Azərbaycan millisi qol vurdu və sona qədər yaxşı müdafiə olundu”.
 
Baş Sponsor 
Partnyorlar