az en
News / Azərbaycan – İtaliya: Məşqçi fikirləri

Azərbaycan – İtaliya: Məşqçi fikirləri

Avro-2016 Dərc olundu: 11.10.2015 Çap
Avro-2016-nın seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan – İtaliya oyunundan sonra təşkil olunmuş mətbuat konfransında hər iki komandanın baş məşqçisinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
 
Azərbaycan – İtaliya: Məşqçi fikirləri
Robert Prosineçki (Azərbaycan millisinin baş məqşçisi): “Komandamı gözəl oyuna görə təbrik edirəm. Futbolçular əllərindən gələni etdilər. Sözsüz ki, rəqib qollarını bizim səhvlərimizdən istifadə edib vurdu. Amma mən komandamdan razı qaldım. Yaxşı oynadıq. Komandamı gözəl oyuna, İtaliya millisini isə qələbəyə görə təbrik edirəm. Onlar əbəs yerə qrupumuzun lideri deyil. Birinci hissədə 2 səhvə yol verdik, rəqib bundan istifadə etdi. İkinci qol daha pis səhv idi. Ondan sonra oyunda dönüş etmək çətin oldu. Fasilədə dedim ki, ruhdan düşməyin. İkinci hissədə də mübarizəni davam etdirməliyik. Amma İtaliya kimi milliyə qarşı oynamaq çətindir. Mübarizə aparmaq lazım idi və mənə elə gəlir ki, 90 dəqiqə ərzində komandam bunu bacardı”.
 
Antonio Konte (İtaliya millisinin baş məşqçisi): “Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin etdik. Futbolçular gərək başa düşsünlər ki, bundan sonra da işləmək lazımdır. İnsanda həmişə ambisiya olmalıdır və bunun hesabına irəli gedilməli, müəyyən məsafə qət edilməlidir. Ümid edirəm ki, final mərhələsində də hər şey yaxşı olacaq. Azərbaycan millisi ilə görüş asan oyun deyildi, bunu hamı bilir. Amma biz öz oyunumuzla bu görüşü özümüz üçün asanlaşdırdıq. O mənada ki, düzgün strategiya qurduq, hücumlar həyata keçirdik. Xoşuma o gəlmədi ki, qol buraxdıq. Oyunu qol buraxmadan tamamlasaydıq, daha yaxşı olardı. Amma komandamızda ruh düşkünlüyü olmadı. Hesab bərabərləşdikdən sonra yenidən irəli atıldıq və daha 2 qol vurmağı bacardıq”.
 
 
Baş Sponsor 
Partnyorlar