az en
News / Azərbaycan təmsilçilərinin mümkün rəqibləri bilinib

Azərbaycan təmsilçilərinin mümkün rəqibləri bilinib

Konfrans Liqası Dərc olundu: 22.07.2024 Çap
Bu gün İsveçrənin Nyon şəhərində UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin püşkü atılıb. Azərbaycanın bu turnirdəki təmsilçiləri “Sabah”, “Zirə” və “Sumqayıt”ın mümkün rəqibləri müəyyənləşib.
Azərbaycan təmsilçilərinin mümkün rəqibləri bilinib
“Sabah” – “Makkabi” (Hayfa, İsrail) cütünün qalibi növbəti raundda “Sent Patriks” (İrlandiya) – “Vaduts” (Lixtenşteyn) cütünün qalibi ilə qarşılaşacaq.
“Zirə” – “Dunayska Streda” (Slovakiya) duelindən üstün ayrılacaq komandanın III təsnifat mərhələsindəki rəqibi “NK Osiyek” (Xorvatiya) – “Levadiya” (Estoniya) cütünün qalibi olacaq.
“Sumqayıt” – “Fehervar” (Macarıstan) mübarizəsində yoluna davam edəcək komanda isə “Omoniya” (Kipr) – “Torpedo” (Kutaisi, Gürcüstan) cütünün qalibi ilə üz-üzə gələcək.
Konfrans Liqasında III təsnifat mərhələsinin oyunları avqustun 8-də və 15-də keçiriləcək.
Baş Sponsor