az en
News / “B” kateqoriyalı məşqçi kursu keçiriləcək

“B” kateqoriyalı məşqçi kursu keçiriləcək

Məşqçi kursları Dərc olundu: 08.01.2026 Çap
Fevralın 9-dan etibarən Bakıda AFFA tərəfindən UEFA-nın “B” kateqoriyalı məşqçi kursu keçiriləcək. Kursun 1-ci mərhələsi fevralın 9-dan 12-dək, 2-ci mərhələsi martın 16-dan 19-dək, 3-cü mərhələsi aprelin 13-dən 16-dək, 4-cü mərhələsi isə mayın 11-dən 15-dək keçiriləcək.
“B” kateqoriyalı məşqçi kursu keçiriləcək
Kursda iştirak etmək üçün aşağıdakılar tələb olunur:
1. Ərizə
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. Sağlamlıq haqqında arayış
4. 2 ədəd şəkil (3x4)
5. “C” Lisenziya və diplomun surəti
 
Kursda iştirak üçün ödənişin məbləği 1000 manatdır.
 
Əlaqələndirici şəxs: Anar Şıxəliyev
Əlaqə telefonu: +994 12 404 27 77; daxili: 1268
 
Həftənin I-V günləri saat 08:00-dan 17:00-dək müraciət etmək olar. Sənədlər yanvarın 30-dək qəbul olunacaq.
Baş Sponsor