Martın 9-dan 10-dək (birinci mərhələ), mayın 18-dən 20-dək (ikinci mərhələ), avqustun 10-dan 12-dək (üçüncü mərhələ) və sentyabrın 12-dən 14-dək (dördüncü mərhələ) Bakıda AFFA tərəfindən qapıçılar üzrə məşqçilər üçün UEFA-nın “B” kateqoriyalı məşqçi kursu keçiriləcək.
Kursda iştirak etmək üçün aşağıdakılar tələb olunur:
1. Ərizə
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. Sağlamlıq haqqında arayış
4. 2 ədəd şəkil (3x4)
5. “C” Lisenziya və diplomun surəti
Kursda iştirak üçün ödənişin məbləği 1000 manatdır.
Əlaqələndirici şəxs: Anar Şıxəliyev
Əlaqə telefonu: +994 12 404 27 77; daxili: 1268
E-mail:
[email protected]
Həftənin I-V günləri saat 8:00-dan 17:00-dək müraciət etmək olar.
Sənədlər fevralın 28-dək qəbul olunacaq.