Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət yığması Avropa çempionatının 2026/2027-ci illər mövsümünün I seçmə mərhələsində ilk oyununa çıxıb.
B Liqasının 3-cü qrupunda mübarizə aparan millimiz Serbiyada meydan sahibləri ilə qarşılaşıb.
Stara Pazova şəhərindəki Serbiya Futbol Assosiasiyasının idman mərkəzində keçirilən görüşdə komandamız 0:3 hesabı ilə məğlub olub.
Qeyd edək ki, U-19 millimiz növbəti oyununu noyabrın 29-da Şimali Makedoniya, dekabrın 2-də isə Monteneqro yığmasına qarşı keçirəcək.