az en
News / Bu gün saat 00:00: “Liverpul” - “Qarabağ”

Bu gün saat 00:00: “Liverpul” - “Qarabağ”

Çempionlar Liqası Dərc olundu: 28.01.2026 Çap
Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün Liqa mərhələsində sonuncu oyununa çıxacaq. Komanda İngiltərənin “Liverpul” kollektivinin qonağı olacaq. Liverpuldakı “Enfild Roud” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlanacaq. Slovakiyadan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “İctimai TV” vasitəsilə canlı yayımlanacaq.
Bu gün saat 00:00: “Liverpul” - “Qarabağ”
28 yanvar
 
“Liverpul” (İngiltərə) - “Qarabağ” (Azərbaycan)
“Enfild Roud” stadionu. Saat 00:00
Baş hakim: İvan Krujlyak
Baş hakimin köməkçiləri: Branislav Hançko, Yan Pozor
Dördüncü hakim: Peter Kraloviç
(Hamısı Slovakiya)
VAR: Pol van Boekel (Niderland)
AVAR: Yan Boterberq (Belçika)
Baş Sponsor