21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxacaq. B qrupunda yer alan millimiz Bakıda Portuqaliya yığması ilə qarşılaşacaq.
8-ci km qəsəbə stadionunda keçiriləcək görüş saat 15:00-da başlanacaq. Yunanıstandan olan hakimlər briqadasının idarə edəcəyi matç “İdman TV” kanalı vasitəsilə canlı yayımlanacaq.
27 mart
15:00. Azərbaycan (U-21) – Portuqaliya (U-21)
Baş hakim: Xristos Vergetis
Baş hakimin köməkçiləri: Andreas Fotopulos, Konstantinos Staykos
Dördüncü hakim: Aleksandros Katsikogiannis
(Hakimlər briqadası Yunanıstandandır)
Bakı, 8-ci km qəsəbə stadionu