Azərbaycan milli komandası “FIFA Series - 2026” beynəlxalq turnirində bu gün ilk oyununa çıxacaq.
Millimiz Sumqayıtda Sent Lüsiya yığması ilə qarşılaşacaq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək görüş saat 19:00-da başlanacaq. Gürcüstandan olan hakimlər briqadasının idarə edəcəyi matç “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
27 mart
19:00. Azərbaycan – Sent Lüsiya
Baş hakim: Giorgi Kruaşvili
Baş hakimin köməkçiləri: Levan Varamişvili, Giorgi Elikaşvili
Dördüncü hakim: Koba Revazaşvili
(Hakimlər briqadası Gürcüstandandır)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu