Futzal üzrə Azərbaycan milli komandası bu gün ikinci yoldaşlıq oyunu keçirəcək. Millimiz Bakıda növbəti dəfə Danimarka yığması ilə qarşılaşacaq. Bakı İdman Sarayında təşkil olunacaq görüş saat 16:00-da başlanacaq.
24 yanvar
16:00. Azərbaycan (Futzal) - Danimarka (Futzal)
Hakimlər: Knyaz Əmiraslanov, Rza Məmmədov, Anar Fərəcov
Bakı İdman Sarayı
Qeyd edək ki, yanvarın 22-də keçirilən ilk oyunda Danimarka yığması 4:1 hesablı qələbə qazanıb.