az en
News / Millimiz (Futzal) Danimarka yığmasına qalib gəldi

Millimiz (Futzal) Danimarka yığmasına qalib gəldi

Futzal Dərc olundu: 24.01.2026 Çap
Bakıda təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan milli komandası ikinci yoldaşlıq oyunu keçirib.
Millimiz (Futzal) Danimarka yığmasına qalib gəldi
Millimiz növbəti dəfə Danimarka yığması ilə qarşılaşıb. Bakı İdman Sarayında təşkil olunan görüş komandamızın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolları Fərid Abbasov (8-ci dəqiqə), Emil Həsənzadə (18), Ədalət Ələkbərov (31) və Rövşən Hüseynli (34) vurublar.
Qeyd edək ki, komandalar arasında yanvarın 22-də keçirilən ilk oyunda Danimarka yığması 4:1 hesablı qələbə qazanıb.
Baş Sponsor