az en
News / Bu gün saat 18:00: Azərbaycan (U-19) – Türkiyə (U-20)

Bu gün saat 18:00: Azərbaycan (U-19) – Türkiyə (U-20)

U-19 Dərc olundu: 07.06.2024 Çap
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Moldovada təşkil edilən yoldaşlıq turnirində bu gün ikinci oyununu keçirəcək.
Bu gün saat 18:00: Azərbaycan (U-19) – Türkiyə (U-20)
Millimiz Türkiyənin U-20 komandası ilə qarşılaşacaq. Bender şəhərinin “Dinamo” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, U-19 turnirin ilk oyununda Qazaxıstan yığması üzərində 2:0 hesablı qələbə qazanıb. Millimiz son matçını iyunun 10-da, saat 20:30-da Moldovanın U-19 kollektivinə qarşı keçirəcək.
Baş Sponsor 
Partnyorlar