Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlığın ikinci mərhələsində bu gün ilk yoldaşlıq oyununu keçirəcək.
U-20 Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 18:00-da başlanacaq. Qarşılaşma “CBC Sport”un YouTube kanalı vasitəsilə canlı yayımlanacaq.