az en
News / Bu gün saat 20:00: “Qarabağ” - “Linkoln”

Bu gün saat 20:00: “Qarabağ” - “Linkoln”

Çempionlar Liqası Dərc olundu: 30.07.2024 Çap
Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün II təsnifat mərhələsində cavab oyununa çıxacaq. Komanda Bakıda Cəbəllütariqin “Linkoln” kollektivini qəbul edəcək.
Bu gün saat 20:00: “Qarabağ” - “Linkoln”
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq. Danimarkadan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, komandalar arasında Cəbəllütariqdə keçirilən ilk matçda “Qarabağ” 2:0 hesablı qələbə qazanıb.
 
30 iyul
 
“Qarabağ” – “Linkoln”
Tofiq Bəhramov adına Respublika Stadionu. Saat 20:00
Baş hakim: Yakob Sundberq
Baş hakimin köməkçiləri: Deniz Yurdakul, Viktor Skitte
Dördüncü hakim: Yakob Karlsen
VAR hakimləri: Yonas Hansen, Yens Maae
(Hakimlər briqadası Danimarkadandır)
Baş Sponsor