Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Zirə” bu gün pley-off mərhələsində ilk oyununa çıxacaq.
Komanda Nikosiyada Kiprin “Omoniya” kollektivi ilə qarşılaşacaq. GSP stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Estoniyadan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
22 avqust
“Omoniya” - “Zirə”
GSP stadionu. Saat 21:00
Baş hakim: Juri Frischer
Baş hakimin köməkçiləri: Veiko Mõtsnik, Sander Saga
Dördüncü hakim: Kristo Külljastinen
VAR hakimləri: Kristo Tohver, Joonas Jaanovits
(Hakimlər briqadası Estoniyadandır)