Azərbaycanın UEFA Avropa Liqasındakı təmsilçisi “Qarabağ” bu gün Liqa mərhələsində növbəti oyununa çıxacaq.
Komanda Bakıda Fransanın “Lion” kollektivini qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq. Serbiyadan olan hakimlər briqadasının idarə edəcəyi matç “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
28 noyabr
“Qarabağ” – “Lion”
Tofiq Bəhramov adına Respublika Stadionu. Saat 21:45
Baş hakim: Nenad Minaković
Baş hakimin köməkçiləri: Nikola Borović, Boško Božović
Dördüncü hakim: Milan Mitić
VAR: Momčilo Marković
AVAR: Novak Simović
(Hakimlər briqadası Serbiyadandır)
Hakim-inspektor: Cüneyt Çakır (Türkiyə)
UEFA nümayəndəsi: Aristídis Stavrópoulos (Yunanıstan)