az en
News / “Qarabağ”ın potensial rəqibləri müəyyənləşib

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşib

Avrokubok Dərc olundu: 21.07.2025 Çap
İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının və Avropa Liqasının III təsnifat mərhələsinin püşkü atılıb. Püşkatma zamanı “Qarabağ”ın hər iki turnirdəki potensial rəqibi müəyyənləşib.
“Qarabağ”ın potensial rəqibləri müəyyənləşib
Çempionlar Liqasının II təsnifat mərhələsində çıxış edəcək Azərbaycan təmsilçisi İrlandiya komandası “Şelburn”u üstələyərsə, bu turnirin növbəti raundunda “Şkendiya” (Şimali Makedoniya) – FCSB (Rumıniya) cütünün qalibi ilə qarşılaşacaq. “Qarabağ” – “Şelburn” duelinin qalibi ilk görüşünü səfərdə keçirəcək.
“Qarabağ” “Şelburn”a məğlub olarsa, Avropa Liqasının III təsnifat mərhələsində mübarizəni davam etdirəcək və rəqibi “Riyeka” (Xorvatiya) – “Lüdoqorets” (Bolqarıstan) cütünün məğlubu olacaq. “Qarabağ” – “Şelburn” cütünün məğlubu ilk matçını səfərdə keçirəcək.
Qeyd edək ki, Çempionlar Liqasında III təsnifat mərhələsinin oyunları avqustun 5-6-da və 12-də, Avropa Liqasında isə bu raundun matçları avqustun 7-də və 14-də keçiriləcək.
Baş Sponsor