az en
News / Bu gün saat 22:00: CSKA - “Qarabağ”

Bu gün saat 22:00: CSKA - “Qarabağ”

Avrokubok Dərc olundu: 30.07.2026 Çap
Azərbaycanın UEFA Avropa Liqasındakı təmsilçisi “Qarabağ” bu gün II təsnifat mərhələsində cavab oyununa çıxacaq. Ağdam klubu Bolqarıstanın CSKA (Sofiya) komandasının qonağı olacaq.
Bu gün saat 22:00: CSKA - “Qarabağ”
Sofiya şəhərində yerləşən Vasil Levski adına Milli Stadionda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlanacaq. Belçikadan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “CBC Sport” vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, Bakıda baş tutan ilk oyun 0:0 hesablı heç-heçə yekunlaşıb.
 
30 iyul
 
22:00. CSKA (Sofiya, Bolqarıstan) - “Qarabağ” (Azərbaycan)
Baş hakim: Bram van Drişe
Baş hakimin köməkçiləri: Mişel Seldreyers, İv de Neve
Dördüncü hakim: Kevin van Damm
VAR: Bert Put
AVAR: Uesli de Kremer
(Hakimlər briqadası Belçikadandır)
Vasil Levski adına Milli Stadion
Baş Sponsor