Azərbaycanın UEFA Avropa Liqasındakı təmsilçisi “Qarabağ” II təsnifat mərhələsində ilk oyuna çıxıb. Ağdam klubu Bolqarıstanın CSKA (Sofiya) komandasını qəbul edib.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş 0:0 hesablı heç-heçə başa çatıb.
Komandalar arasında cavab oyunu iyulun 30-da Sofiya şəhərində yerləşən Vasil Levski adına milli stadionda keçiriləcək.