Azərbaycanın UEFA Avropa Liqasındakı təmsilçisi “Sabah” I təsnifat mərhələsində cavab oyununa çıxıb. Komanda Sloveniyanın “Selye” kollektivinin qonağı olub.
“Selye” stadionunda keçirilən görüşün əsas vaxtı “Sabah”ın 3:2 hesablı üstünlüyü ilə başa çatıb. Komandanın heyətində hər üç qolu Coy-Lens Mikels (9, 63, 64) vurub. Bakıdakı ilk matçda sloveniyalılar eyni hesabla qalib gəldiyindən, əlavə vaxt oynanılıb.
Əlavə edilmiş dəqiqələrdə meydan sahibləri hesabı bərabərləşdiriblər və qarşılaşma 3:3 hesabı ilə yekunlaşıb. Nəticədə “Selye” iki oyunun cəmində 6:5 hesabı ilə qələbə qazanaraq, növbəti mərhələyə yüksəlib.
Təmsilçimiz isə mübarizəni UEFA Konfrans Liqasının II təsnifat mərhələsində davam etdirəcək. Burada rəqib Moldovanın “Petrokub” klubu olacaq. “Sabah” ilk oyununu iyulun 24-də səfərdə, cavab görüşünü isə ayın 31-də öz meydanında keçirəcək.